İspaniyada La Liqaya yüksələn ikinci komanda bəlli olub.
Newsport.az-ın məlumatına görə, Sequndanın 42-ci turunda "Mirandes”lə qarşılaşan "Leqanes” minimalhesablı qələbə sayəsində Primeroya vəsiqəni təmin edib.
Bu qələbə ilə xalını 74-ə yüksəldən Madrid təmsilçisi 2-ci pillənin sahibi kimi elitaya vəsiqə qazanıb. Bu, "Leqanes”in tarixindəki ilk belə uğurudur.
Qeyd edək ki, La Liqaya yüksələn ilk komanda ötən tur "Numansiya”ya qalib gələn (2:0) "Alaves” olmuşdu.