Futbol üzrə İspaniyanın ikinci liqasında sonuncu - 42-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Eddinin komandası doğma meydanda "Almeriya" ilə qarşılaşıb. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb. Millimizin düşərgəsinə qoşulduğu üçün Eddi bu görüşdə forma geyə bilməyib.
Qeyd edək ki, "Kordoba" çempionatı 65 xalla 22 komanda arasında 5-ci pillədə başa vurub. Lakin futbolçumuzun komandası üçün mövsüm hələ bitməyib. "Kordoba" "Ximnastik", "Jirona" və "Osasuna" ilə birgə pley-off oyunlarında elitaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq. İsrafilovun komandasını yarımfinalda "Jirona" ilə duel gözləyir. Bu komanda ilə ilk oyun iyunun 8-də, cavab görüşü isə 12-də olacaq. Final qarşılaşması isə 15-19 iyun tarixlərində keçiriləcək.