"Top Azərbaycan yığmasının qapısına getmək istəmirdi"

Bosniya və Herseqovinanın U-21 yığmasının baş məşqçisi Darko Nesteroviç Azərbaycanın gənclər millisinə qarşı keçirdikləri yoxlama oyunundan (0:0) danışıb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Uşaqlar yaxşı oyunlarından birini sərgilədilər. Qələbə qazana bilməməyimiz çox məyus edir. Çünki bunun üçün yetərincə qol vəziyyətimiz var idi. Amma top rəqib qapısına getmək istəmirdi. Azərbaycan özünü yaxşı komanda kimi göstərdi. Bu komandaya növbəti seçmə mərhələ oyunlarında uğurlar arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right