Mövsüm başa çatdıqdan sonra Daniel Alveş və Mark Bartra kimi futbolçularla yollarını ayıran "Barselona” heyətini gücləndirmək istəyir.
Newsport.az-ın məlumatına görə, İspaniya La Liqasının və kubokun son qalibinin trasnfer etmək istədiyi futbolçunun birinin adı bəlli olub. Belə ki, Kataloniya təmsilçisi Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvu, hazırda "Lion” kubunun heyətində forma geyinən Samuel Umtitini rənglərinə bağlamaq niyyətindədir.
Bu barədə "Lion”un prezidenti Jan-Mişel Antuan Ola məlumat verib. O, "Barselona”nın 10 gün öncə Umtiti üçün kluba müraciət etdiyini bildirib. Klub başkanı hələlik yekun qərar vermədiklərini söyləyib.
Qeyd edək ki, 22 yaşlı müdafiəçi 2001-ci ildən "Lion”un əsas komandasının heyətində forma geyinir. O, geridə qalan 5 il ərzində komandanın heyətin 129 oyun keçirib və 3 qol vurmağı bacarıb.