FİFA-ya növbəti basqın

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib.

Newsport.az-ın məlumatına görə, ofisdəki sənədlər və elektron məlumatlar müsadirə edilib.

İsveçrə məhkəməsinin qərarına əsasən həyata keçirilən əməliyyatın FİFA-nın sabiq prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Valke ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi rüşvət almaları ilə bağlı Blatteri 6, Valkeni isə 12 il müddətinə futbol müsabiqələrində fəaliyyətdən kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right