Yaponiyada keçirilən Kirin kubokunda ilk finalçı məlum olub.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Hersoqovina millisi yarımfinalda Danimarkaya qalib gələrək finala vəsiqə qazanıb.
Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan bosniyalılar 4:3 hesabı ilə qalib gəlb. Start heyətdə meydana çıxan və sona qədər mübarizə aparan Şehiç penaltilərdən birini dəf edib.
Qeyd edək ki, Bosniya Hersoqovina millisi finalda bu gün keçiriləcək Yaponiya - Bolqarıstan oyununun qalibi ilə qarşılaşacaq.