Ronaldodan alqışa layiq addım

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo növbəti xeyirxah əməli ilə gündəmə gəlib. 
Newsport.az saytının məlumatına görə, Portuqaliya milli komandasının üzvü Birləşmiş Millətlər Təşkilatının (BMT) xeyriyyə fonduna 600 min avro köçürüb. 
Ronaldo xeyriyyəyə ayırdığı sözügedən məbləği "Real"ın heyətində Çempionlar Liqasınn qalibi olduğu üçün mükafat şəkilində alıb.

Qeyd edək ki, bu, Ronaldonun ilk belə addımı deyil. Ulduz futbolçu bundan öncə də dəfələrlə xeyriyyə əməlləri ilə diqqət çəkib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right