Fransalı deputat: “Benzema xoşbəxt deyilsə, Ələzair millisində oynasın”

Madridin "Real" klubunun futbolçusu Kərim Benzemanın milliyə çağırılmamasının əsas səbəbi kimi ölkədəki irqçiliyi göstərməsi Fransa ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Newsport.az saytının məlumatına görə, Fransa millisinin sabiq üzvü Lilian Türam açıqlamasında Benzemanı verdiyi açıqlamaya görə məsuliyyətsizlikdə günahlandırıb. Türam həmçinin, Əlcəzair əsilli futbolçunun milliyə dəvət edilməməsinin əsas səbəbinin irqçilik olmadığını deyib:

"Fransada irqçilik problemi var, ancaq Benzemanın milliyə dəvət edilməməsinə səbəb bu deyil. Didye Deşamla danışdım. O da Benzemanı milliyə dəvət etmədiyinə görə təəssüf hissi keçirir. Benzema bu cür açıqlamalarıyla milli komandaya zərər verir".

Bundan başqa, Fransa Milli Cəbhə Partiyasının deputatı Marion Mareşal-Le Pen də Benzemanı tənqid edib. O, hücumçunun əslən Əlcəzairdən olmasına işarə edərək, ona bu ölkənin millisinin şərəfini qorumağı məsləhət bilib:

"Fransada doğulub böyüyən Benzema bu ölkə sayəsində milyonçu oldu. Xoşbəxt deyilsə, Əlcəzair millisində oynasın".

Qeyd edək ki, Benzema millidəki komanda yoldaşı Matye Valbuenanı şantaj edən şəxslərlə əlbir olmaqda ittiham edilmişdi. Bundan sonra ictimaiyyət tərəfindən ciddi qınaq obyektinə çevrilən Kərim, milli komandadan kənarlaşdırılmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right