“Real” azarkeşləri növbəti dəfə terrora məruz qaldı

İraqda növbəti dəfə futbol azarkeşlərinə silahlı hücum faktı qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Madridin "Real” klubunun azarkeşləri növbəti dəfə silahlı hücuma məruz qalıb. 
 
Daha əvvəl xəbər verdiyimiz kimi, Madrid təmsilçisinin iraqlı azarkeşlərinin ofisi bir neçə həftə əvvəl Bağdad yaxınlığındakı şəhərlərdən birində İŞİD terrorçularının hücumuna məruz qalmışdı.Həmin basqın nəticəsində 16 nəfər dünyasını dəyişmişdi. Bu dəfəki hadisə isə Bağdaddan 60 km aralıdakı Baakuba şəhərində baş verib. 4 terrorçunun Çempionlar Liqasının "Real” – "Atletiko” final matçını izləyən azarkeşlərə hücum etdiyi bildirilir. İlkin məlumatlara görə, hücum nəticəsində 12 nəfər dünyasını dəyişib, 8 azarkeş isə ağır xəsarətlər alıb. Cinayətkarlar hadisə baş verən yerdən qaçmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right