Dünyanın yaşıl meydanlarında beynəlxalq yoldaşlıq oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün daha bir neçə qarşılaşma keçirilib.
Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Çexiya Rusiyaya 2:1, Norveç isə İslandiyaya 3:2 hesabı ilə qalib gəlib.
Son Avropa çempionu İspaniya Cənubi Koreyanı 6:1 hesabı ilə darmadağın edib. Belçika Finlandiya ilə 1:1 bərabərə qalıb. Polşa isə Hollandiyaya 1:2 hesabı ilə uduzub.
1 iyun
Beynəlxalq yoldaşlıq oyunları
18:30. İspaniya - Cənubi Koreya - 6:1
Qollar: David Silva, 30 (1:0), Sesk Fabregas, 32 (2:0), Nolito, 38 (3:0), Alvaro Morata, 50 (4:0), Nolito, 54 (5:0), Se-Jong Joo, 83 (5:1), Alvaro Morata, 89 (6:1)
20:00. Estoniya - Andorra - 2:0
Qollar: Kruqlov, 24 (1:0), Livak, 90 (2:0)
20:00. Çexiya - Rusiya - 2:1
Qollar: Kokorin, 6 (0:1), Rosiçki, 49 (1:1), Neçid, 90 (2:1)
21:45. Norveç - İslandiya - 3:2
Qollar: Yohansen, 1 (1:0), İnqason, 36 (1:1), Helland, 41 (2:1), Sorlot, 67 (3:1), Siqurdson, 81-pen (3:2)
22:45. Belçika - Finlandiya - 1:1
Qollar: Hamalaynen, 53 (0:1), Lukaku, 89 (1:1)
22:45. Polşa - Hollandiya - 1:2
Qollar: Yansen, 33 (0:1), Jedrzejçuk, 60 (1:1), Viynaldum, 76 (1:2)