Kaka millidən kənarlaşdırıldı

"Copa Amerika”ya hazırlaşan Braziliya milli komandası ciddi itki ilə üzləşib. 
Newsport.az-ın məlumatına görə, komandanın  təcrübəli futbolçusu Rikardo Kaka millinin heyətindən kənarlaşdırılıb. Buna 34 yaşlı yarım müdafiəçinin zədələnməsi səbəb olub. Zədəsini 15-20 günə bərpa edə biləcək futbolçunu millidə Paulo Enrike Qanso əvəz edəcək. 
 
Qeyd edək ki, Kaka zədələnən Duqlas Kostanın əvəzinə heyətə daxil edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right