“Mançester Yunayted” Raşford və Ceksonla yeni müqavilə imzaladı

İngiltərənin "Mançester Yunayted” klubunda yeni müqavilələr qeydə alınıb.
 

Newsport.az-ın məlumatına görə, Joze Mourinyonu baş məşqçi postuna gətirən "qırmızı şeytanlar” gənc futbolçular və klubun yetirmələri – Markus Raşford və Bortvik Ceksonla yeni müqavilə imzalayıb. Klubun rəsmi saytında yer alan xəbərə görə hər iki futbolçu 2021-ci ilin yayına qədər "Mançester Yunayted”in uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, Raşford İngiltərinin əsas, Cekson isə 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right