İngiltərə Premyer Liqasında 2015/16 mövsümünün sürpriz komandası olan "Lester” növbəti mövsüm üçün transfer çalışmalarına start verib.
Newsport.az-ın məlumatına görə, tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq komandanın ilk transferinin adı da bəllidir. Belə ki, Klaudio Ranyeri Almaniya Bundes Liqasında mübarizə aparan "Hannover” komandasının qapıçısı Ron-Robert Çilerin xidmətində maraqlıdır. Artıq tərəflər arasında danışıq da olub. Belə ki, 27 yaşlı qolkiper yaxın günlərdə İngiltərədə tibbi müayinədən keçərək, rəsmi müqavilə imzlayacaq.
"Tülkülər”in bu transferə görə Almaniya klubuna 3,5 milyon avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Çiler 2010-cu ildən "Hannover”də oynayır. O, Almaniya milli komandasının da üzvüdür.