Qaçırılan futbolçu xilas edildi

"Olimpiakos"un meksikalı futbolçusu Alan Pulido bir müddət əvvəl qaçırılıb.
 

Newsport.az-ın məlumatına görə, hadisə 25 yaşlı futbolçunun vətəni Meksikada baş verib. Axşam saatlarında sevlisi İlena Salasla gəzən Pulidonun Viktoriya küçəsində bir qrup şəxs tərəfindən qaçırıldığı bildirilib.
 
Pulidonun böyük qardaşı Armando Pulido yerli hüquq-mühafizə orqanlarına hadisə ilə bağlı etdiyi şikayətdən sonra futbolçunun həyatı mafiya tərəfindən xilas edilib.
 
Əlavə edək ki, Meksikada il ərzində orta hesabla mindən çox insan qaçırılır.
 
Qeyd edək ki, Meksika millisinin üzvü olan Alan Pulido ötən mövsüm "Olimpiakos"un heyətində 8 oyun keçirib və 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right