Vüqar Əsgərov Latviyada dubla imza atdı

Futbol üzrə Latviya birinci liqasında 9-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Tukums" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:0. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıblar. Oyundakı hər iki qolun müəllifi isə Vüqar olub. O, 73 və 79-cu dəqiqələrdə fərqlənməklə dublunu rəsmiləşdirib.
 
Qeyd edək ki, geridə qalan turlarda 13 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right