"Azərbaycanla oyunun ilk hissəsi çox gərgin keçdi"

“Azərbaycanla oyunun ilk hissəsi çox gərgin keçdi. Rəqibimiz iki aşkar qol imkanı əldə etsə də, bunlardan yararlana bilmədi”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri Andorra millisinin baş məşqçisi Koldo Alvares deyib.

 O, Azərbaycan yığması ilə Avstriyada keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib: “Oyunun axarını dəyişmək üçün taktiki dəyişiklik etməyi zəruri saydım. 4-4-2 taktiki sxemini 4-1-4-1-ə dəyişdim.

Bu da komanda oyununda daha yaxşı anlaşma və hücumda şans qazanmaq imkanı verdi. Biz çox yaxşı çalışdıq. Bunun nəticəsində çox yaxşı imkanlar əldə etdik. Sadəcə onları sonluğa çatdıra bilmədik. Şans verdiyim debütantların oyunundan razı qaldım. Onlar elə ilk matçdan özlərini yaxşı tərəfdən göstərə bildilər”.(apasport)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right