İngiltərə Premyer Liqasında mübarizə aparan "Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, London təmsilçisi 16 yaşlı Dominqos Quina ilə müqavilə imzalayıb. Klubun rəsmi saytında bu barədə məlumat yer alsa da, Portuqaliyanın 17 yaşadəkk futbolçulardan ibarət milli komandasının üzvü ilə hansı müddətdə müqavilə imzalandığı açıqçlanmayıb.
Qeyd edək ki, Quina bir müddət öncə Bakıda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatında iştirak edib. O, Portuqaliya millisinin sözügedən turnirdə çempion olmasında böyük pay sahibi olub.