Hollandiyanın "Ayaks” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Mövsüm başa çatdıqdan sonra baş məşqçisi Frank de Burla yollarını ayıran Amsterdam təmsilçisinin yeni baş məşqçisi də hollandiyalı olub.
Newsport.az-ın məlumatına görə, Hollandiyanın ən köklü klublarından biri olan "Ayaks” İsrailin "Makkabi” klubunu çalışdıran Peter Bozsa tapşırılıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, 52 yaşlı təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Klubun idman direktoru Edvin van Der sar imza mərasimindən sonra verdiyi açıqlamada Bozsa inandıqlarını və onunla müqavilə imzaladıqları üçün xoşbəxt olduqlarını bildirib.
Qeyd edək ki, Peter Bozsa daha öncə Hollandiyanın "De Qraafşap”, "Herakles”, "Vitess” və "Feyenoord” kimi komandalarını çalışdırıb.