Almaniya Bundesliqasında qalmağı bacaran "Ayntraxt" klubu 3 futbolçusu ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, həmin futbolçuların sırasında azərbaycanlı qapıçı Emil Balayev də var.
Məsələ ilə bağlı açıqlama verən Frankfurt təmsilçisinin meneceri Brun Hübner bunları deyib: "Niko Kovaç komandaya yeni nəfəs verdi. Məşqçi kimi ona güvənirəm. Qarşıdakı günlərdə yeni mövsümlə bağlı planları müzakirə edəcəyik. Artıq üç futbolçu - Konstan Cakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qərar qəbul edilib. Komandadan gedəcək başqa futbolçular da olacaq. Diqqətli olmalıyıq, kimlərlə yolları ayıracağımızı və kimlərlə davam edəcəyimizə qərar verməliyik".
Qeyd edək ki, Emil Balayev 2014-cü ilin sonlarında "Neftçi"dən "Ayntraxt"a transfer olunub.