Milan" kapitanı Rikardo Montolivo ilə yeni müqavilə bağlayıb.
Newsport.az-ın məlumatına görə, futbolçu ilə müqavilə müddəti 2018/19 mövsümünün sonunadək uzadılıb. Bu barədə məlumatı "rossonyerlər"in saytı yayıb.
31 yaşlı futbolçu 4 ildi "Milan"ın şərəfini qoruyur. O, cari mövsümdə 35 oyunda meydana çıxıb.
"Milan" kapitanla yanaşı, Luka Antonelli və David Kalabria ilə də müqavilə müddətini uzadıb. Hər iki futbolçuyla müqavilə müddəti 2018/19 mövsümünün sonunadək uzadılıb.