Həddi-buluğa çatmayan qıza təcavüz etdiyinə görə 6 il həbs cəzasına məhkum edilən Adam Conson həbsxanada özünə yeni iş tapıb.
Newsport.az-ın məlumatına görə, bundan əvvəl təmizlik işlərini yerinə yetirən İngiltərə milli komandasının sabiq futbolçusu indi də dəlləklik edir. Son olaraq "Sanderlend”də forma geyinən futbolçu gün ərzində 6 saat işləməklə həftəyə 20 funt sterlinq qazanır.
Maraq üçün qeyd edək ki, Conson son olaraq çıxış etdiyi "Sanderlend” klubunda həftəyə 60 min funt sterlinq qazanırdı.