Almaniya Bundesliqasında çıxış etmək üçün keçirilən "play-off" matçında "Ayntraxt" sevinən tərəf olub.
Newsport.az-ın məlumatına görə, Frankfurt təmsilçisi II Bundesliqada 3-cü yeri tutmuş "Nürnberq"lə qarşılaşıb. Öz meydanında rəqibi ilə bacarmayan (1:1) "Ayntraxt" səfər matçında Səfəroviçin qolu ilə qələbə qazanan tərəf olub. Bununlada millimizin qapıçısı Emil Balayevin də şərəfini qoruduğu komanda 2015-2016 mövsümündə də Bundesliqada çıxış etmək hququ qazanıb.