Syomin “Dinamo”nu çalışdıracaq

"Qəbələ”nin sabiq baş məşaçisi Yuri Syominin yeni iş yerinin adına aydınlıq gəlib. 
Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya I divizionunda çalışacaq.  O, tarixi ərzində ilk dəfə I diviziona yuvarlanan "Dinamo” klubu ilə anlaşıb. "Sport Ekspress”in məlumatına görə, Moskva təmsilçisi Syominin keçidini 2 gün sonra rəsmən ictimaiyyətə açıqlayacaq. 
 
Qeyd edək ki, Syomin 2013/14 mövsümündə "Qəbələ”ni çalışdırıb. Syomin "qırmızı qaralar”la Azərbaycan çempionatının bürünc medallarını qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right