Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov qardaşı Renatın Almaniyanın U-17 millisi ilə Bakıda təşkil olunan AÇ-2016-da iştirak etməsinə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Finala çıxa bilmədikləri üçün həm qardaşıma, həm də Almaniya yığmasına görə üzüldüm. Yarımfinal çərçivəsində baş tutan Almaniya - İspaniya matçını izləyirdim. Almanlar birinci hissədə çox yaxşı oynadılar. Qardaşım da pis təsir bağışlamırdı. Amma fasilədən sonra hər şey dəyişdi. Renatla fəxr edirəm. Yerli azarkeşlərin onu bannerlər açaraq dəstəklədiyini görməyimə çox sevindim.
Öz karyerama gəlincə, "Germaniya"da qalmayacağam. Hələ hansı kluba keçəcəyimi də bilmirəm. Yığma barədə isə artıq danışmaq istəmirəm. Çünki Robert Prosineçkinin mənə dəvət göndərəcəyinə inanmıram".
Azerisport.az