"Fortuna" mövsümə qələbə, Erat qolla yekun vurdu

Almaniya Qərb Regional Liqasında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Kray" ilə qarşılaşıb. Bol qollu matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 6:3. Erat start heyətdə çıxdığı bu matçın 75-ci dəqiqəsində əvəzlənib. Bundan cəmi 4 dəqiqə əvvəl isə rəqib qapısına yol tapmağa nail olan millimizin üzvü hesabı 5:2 edib.

Qeyd edək ki, Toğrulun komandası mövsümü 59 xalla 19 klub arasında 6-cı pillədə başa vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right