İngiltərənin "Mançester Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədi.
Newsport.az-ın məlumatına görə, Mançester təmsilçisi qışda "Çelsi”dən ayrılan Joze Mourinyo ilə anlaşıb.
Bu barədə Britaniyanın "BBC” televiziyası məlumat yayıb. Yayılan məluamta görə, tərəflər arasında İngiltərə Federasiya kubokunun final oyunundan öncə razılıq əldə olunub və "Mançester Yunayted” istənilən vaxt məlumatı rəsmən açıqlaya bilər.
Qeyd edək ki, hazırkı baş məşqçi Lui van Qalın rəhbərliyi altında Çempionlar Liqasılna vəsiqə qazana bilməyib.