İngiltərə Federasiya kubokunun qalibinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, həlledici – final qarşılaşmasında "Kristal Pales” və "Mançester Yunayted” komandaları üz-üzə gəlib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib. "Kristal Pales”in futbolçusu Punçeonun matçın 78-ci dəqiqəsində vurduğu qola 81-ci dəqiqədə Xuan Mata cavab verib. Matçın əsas vaxtı bu hesabla bitdiyindən əlavə artırılmış vaxta ehtiyyac duyulub. Matça artırılmış 30 dəqiqənin 20-ci dəqiqəsində fərqlənən Jesse Linqard "Mançester Yunayted”ə kubok qazandıran qolu vurmağı bacarıb.
Qeyd edək ki, bununla da "Mançester Yunayted” tarixi ərzində 12-ci dəfə Federasiya kubokunu qazanıb. "Qırmızı şeytanlar” ilk dəfə 1908/09 sonuncu dəfə isə 2003/14-cü il mövsümündə sözügedən kuboku başı üzərinə qaldırmağı bacarmışdı.