"Napoli”nin qapıçısı Xose Manuel Reynanı yeni mövsümdən yaşıl meydanlarda görməyə bilərik.
Newsport.az-ın məlumatına görə , 33 yaşlı qolkiper karyerasını bitirə bilər. Bu barədə məlumatı Reynanın atası Migel jurnalistlərə açıqlamsında bildirib. O, oğlunun hazırda İspaniyada olduğunu bildirib:
"Oğlum hazırda Madriddədi. İspaniyaya reklam çəkilişi üçün gedib. Pepe özünü Neapoldo çox xoşbəxt hiss edir. Ancaq bəziə səbəblərdən karyerasını tezliklə başa vura bilər”.
Qeyd edək ki, İspaniya milli komandasının qolkiperi karyerası ərzində "Barselona”, "Vilyerreal”, "Liverpul” və "Bavariya” kimi komandalarda çıxış edib.