"Barselona” ulduz futbolçusu Neymar ilə müqavilə müddətini artırmaq ərəfəsindədir. Artıq tərəflər arasında müqavilənin detalları barədə razılıq əldə olunub.
Newsport.az-ın məlumatına görə, müqavilənin Kral Kuboku matçından sonra rəsmən açıqlanacağı gözlənilir. Müqaviləyə görə, Neymar 2022-ci ilə qədər Katoloniya təmsilçisinin uğurları üçün çalışacaq. Mənbədə bildirilir ki, əgər bu müddətdən tez hər hansı bir klub Neymarı rənglərinə bağlamaq istəsə, o zaman "Barselona”ya 220 milyon avro ödəməli olacaq. Bu müqavilədən sonra Neymar "Barselona”da Leonel Messidən sonra ən çox əmək haqqı alacaq ikinci futbolçu olacaq.
Mənbə Katoloniya təmsilçisinin Serxio Buskets, Luis Suarez, İvan Rakitiç və Serxio Roberto kimi futbolçularla yeni müqavilə haqqında danışıqlar üçün hərəkətə keçdiyini də bildirib.