İspaniyanın "Barselona” klubu sponsoru olan "Nike” şirkəti ilə yeni anlaşma əldə edib.
Newsport.az-ın məlumatına görə, şirkətlə 2018-ci ildə bitməkdə olan müqavilənin müddətdi artırılacaq.
Yayılan məlumatlara görə, yeni müqavilənin şərtlərinə görə, Katoloniya klubu ildə 100 milyon avro qazanacaq. Müqavilənin müddətinin artırılması yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, bu müqavilə ilə "Barselona” rekorda imza atacaq. Katloniya klubu sponsorundan ilinə 100 milyon avro qazanan ilk komanda olacaq. Bunadək sözügedən rekorda "Mançester Yunayted” sahib idi. Mançester təmsilçisi "Adidas” şirkəti ilə müqavilədən ilinə 92 milyon avro qazanırdı.