“Finaldakı rəqibimizin kimliyi bizim üçün önəmsizdir” - Portuqaliya yığmasının baş məşqçisi

“Güclü komandamız var və bu səbəbdən də finala yüksəlmişik. Komanda şəklində uğur qazanmağımıza səbə hər mövqedə güclü futbolçularımızın olmasıdır”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Eliu Souza deyib.

Bakıda keçirilən Avropa çempionatının yarımfinal mərhələsində Hollandiyanı 2:0 hesabı ilə məğlub edən Portuqaliya həlledici qarşılaşmaya vəsiqə əldə edib. Souza finala yüksəlmələrinin səbəbi barədə bunları söyləyib: “Gördüyümüz işlər bizi finala daşıdı. Komandamızın güclü olması bugünkü oyunda da özünü göstərdi”.

Portuqaliya yığmasının çalışdırıcısı finalda hansı komanda ilə qarşılaşmaq istədikləri barədə sualı belə cavablandırıb: “Finalda uduzan komanda ilə qarşılaşmaq istərdim(gülür). Təbii ki, bu bir zarafatdır. Finaldakı rəqibimizin kimliyi bizim üçün önəmsizdir. Komandamız çempion olmağa çox yaxındır. Federasiya bizə böyük dəstək verir. Onlar bizim üçün hər bir şəraiti yaradıblar”.

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right