“Qarabağ”ın daha bir potensial rəqibinin adına aydınlıq gəldi

Monteneqroda 2015/16 mövsümünün qalibinin adına aydınlıq gəlib.

Newsport.az-ın  məlumatına görə, "Mladost” klubu qızıl medalların sahibi olub. 
 
Podqorista təmsilçisi XXXI turda səfərdə ən yaxın izləyicisi "Buduçnost”un qonağı olub və 2-1 hesabıyla qələbə qazanıb. Bu qələbə sayəsində "Mladost” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.   
 
Qeyd edək ki, "Mladost” 2016/17 mövsümündə Monteneqronu Çempionlar Liqasında təmsil edəcək.  Komanda mübarizəyə II təsnifat mərhələsindən başlayacaq ki, həmin mərhələdə Azərbaycan çempionu "Qarabağ”da mübarizə aparacaq. 
 
Onu da vurğulayaq ki, "Mladost”  ötən mövsüm Avropa Liqasında mübarizə aparmış və Bakının "Neftçi” komandası ilə qarşılaşmışdı. İki oyunun nəticəsinə görə, mərhələ adlayan komanda məhz Monteneqro təmsilçisi olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right