Münhenqladbax "Borussiya”sının futbolçusu Hovard Notveyt növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.
Newsport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi "Vest Hem” klubu ilə anlaşıb. Bu barədə London təmsilçisinin rəsmi saytında məlumat yer alıb. Müqaviləyə əsasən, Nortveyt qarşıdakı 5 ildə "Vest Hem”in uğurları üçün çalışacaq. O, iyul ayının 1-dən etibarən yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Hovard Norveç milli komandasının üzvüdür. O, 2011-ci ildən "Borussiya”nın uğurları üçün çalışırdı.