İngiltərə Premyer Liqasının XXXVIII turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Mançester Yunayted” – "Bornmut” oyunun terror təhlükəsi səbəbi ilə təxirə salınmasından xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, oyundan öncə matçın baş tutacağı "Old Trafford” arenasında keçirilən axtarışlar zamanı stadion ərazisində yerləşən ayaqyolunda şübhəli paket aşkarlanıb. Məhz bu hadisə səbəbi ilə matç qeyri-müəyyən vaxta təxirə salınıb.
Artıq sözügedən qarşılaşmanın keçiriləcəyi vaxt bəlli olub. Tərəflər arasında keçiriləcək oyun mayın 17-si Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.