Almaniya Bundes Liqasında mübarizə aparan "Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Bundes Liqanın köklü komandalarından olan "Şalke” Braziliya milli komandasının sabiq müdafiəçisi Naldonu rənglərinə bağlayıb. Son olaraq digər Bundes Liqa təsmilçisi "Volfsburq”da forma geyinən futbolçu ilə iki illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi "twitter” səhifəsində məlumat yer alıb.
Qeyd edək ki, Naldo 2005-ci ildən bu yana Almaniya klublarında forma geyinir. O, bunadək "Verder” və "Volfsburq” komandalarında tər töküb.