Orxanla Vüqarın komandası məğlubiyyətlə üzləşdi

Futbol üzrə Latviya birinci liqasında 8-ci turun oyunları keçirilib.

Newsport.az-ın  məlumatına görə, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Smiltene" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək mübarizə apardığı halda, Orxan 82-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, geridə qalan turlarda 10 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right