Emin Nurinin komandası bir xalla kifayətləndi

İsveç çempionatında 9-cu turun oyunları keçirilib.

Newsport.az-ın  məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Hammarbü" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə bir xalla kifayətlənməli olub - 1:1.

Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

"Kalmar" geridə qalan turlarda topladığı 9 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right