Məsimov qırmızı vərəqə aldı, Domjale darmadağın oldu

Sloveniya çempionatında 35-ci turun oyunları keçirilib.

Newsport.az-ın  məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Çelye" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3. Məsimov bu görüşə start heyətdə başlayıb. Amma o, qarşılaşmanın 47-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 54 xalla üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right