“Karyeramdakı “Barselona” səhifəsi bağlanıb”

"Çelsi”nin yarımmüdafiəçisi Fransesk Fabreqas maraqlı açıqlama verib.

Newsport.az-ın  məlumatına görə, İspaniyanın öndə gedən "Marca” qəzetinə açıqlama verən təcrübəli futbolçu yenidən İspaniya La Liqasında top qovmaq ehtimalından danışıb: 
 
"Gələcəkdə yenidən La Liqaya qayıda bilərəm. Ancaq o  komanda "Barselona” olmayacaq. "Barselona”ya dönüşüm çox imkansızdır. İstəsəm də, qayıda bilmərəm. Karyeramdakı "Barselona” səhifəsi bağlanıb. Bu dəqiqə klub dəyişmək haqqında düşünmürəm. Hazırda "Çelsi” haqqında düşünürəm. "Çelsi”də başa çatdırmadığım işlərim var. Bu mövsüm bizim üçün uğursuz oldu. Növbəti mövsümdən çox şey gözləyirik”.
 
Qeyd edək ki, Fabreqas 2011-14-cü illərdə "Barselona”da çıxış edib. İspaniya milli komandasının üzvü Katoloniya təmsilçisinin heyətində 96 oyun keçirmiş və 28 qol vurmağı bacarmışdı





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right