Bu gün Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, 1/4 final mərhələsi çərçivəsində bu gün iki oyun baş tutub.
Günə Portuqaliya ilə Avstriya arasındakı matçla start verilib. Millimizin yer aldığı "A" qrupundan lider kimi çıxan portəgizlər avstriyalılar da Azərbaycan yığmasının gününə salıblar və 5 cavabsız qolla qalib gəliblər. Nəticədə, Portuqaliya yığması Bakıdakı AÇ-nin ilk yarımfinalçısı olub.
Digər 1/4 final qarşılaşmasında isə Almaniya və Belçika yığmaları üz-üzə gəlib. Azərbaycan əsilli futbolçu Renat Dadaşovun vurduğu yeganə qol almanları növbəti mərhələyə çıxarıb.
17 yaşlıların Avropa çempionatı
1/4 final
14 may
Portuqaliya - Avstriya - 5:0 (2:0)
Qollar: J.Qomes, 7-pen. (1:0). J.Qomes, 18 (2:0). J.Qomes, 47 (3:0). M.Dju, 51 (4:0). M.Luis, 77 (5:0).
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Bakı. “Dalğa Arena”.
Almaniya - Belçika - 1:0 (0:0)
Qol: R.Dadaşov, 46 (1:0).
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Bakı. “Dalğa Arena”.