İran çempionatında 2015/2016 mövsümünə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu çempionatı 4-cü pillədə başa vurub.
Mövsümün sonuncu – 30-cu turunda Ahvaz “Esteqlal”ını qəbul edən təbrizlilər 5:0 hesabı ilə qalib gəlib.
Xalını 51-ə yüksəldən “Traktor Sazi” 4-cü pillədəki yerini qoruyub. Kuzestan “Esteqlal”ı isə İran çempionu olub.