Çexiya çempionatının "Pribram” – "Slaviya” oyununa (1-3) sərxoş halda çıxan hakimlər federasiya tərəfindən cəzalandırılıb.
Newsport.az -ın məlumatına görə, oyuna sərxoş halda gəldikləri sonradan bəlli olan dördüncü hakim Marek Pilni və yan xətt hakimi Jiri Jek ciddi cəza alıb. Çexiya Futbol Federasiyası hər iki referinin lisenziyasını ləğv edib. Bundan əlavə, hakimlərin oyuna çıxmasına əngəl olmayan baş hakim də mövsümün sonuna qədər cəzalandırılıb.