Joze Mourinyonun işsiz günlər başa çatmaq üzrədir.
Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis iyul ayında iş başında olacaq. Bu barədə portuqaliyalı çalışdırıcı özü məlumat verib. Son olaraq "Çelsi”ni çalışdıran mütəxəssis hansı komanda ilə danışıqlar aparmasa da, işə başlayacağı tarix barədə məlumat verib.
"İş üçün çox darıxıram. İyul ayında doğma işimə qayıdıram. Mayı ayıdı və iyul ayına çox az vaxt qalıb. Ailəmlə keçirdiyim indiki həyatımdan zövq almağa çalışıram. Amma iyul ayında mütləq qayıdacağam”.
Mütəxəssis "Mançester Yunayted”ə keçəcəyi ilə bağlı xəbərlərə beləmünasibət bildirib: "Mançester Yunayted”ə gedəcəm? Bilmirəm. Doğrudan da bu barədə heç nə bilmirəm. 30 iyun yaxşı günlərdən biri olacaq”.