Almaniya Bundes Liqasında mübarizə aparan "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az -ın məlumatına görə, Dortmund təmsilçisi Fransanın "Renn" klubunun futbolçusu Osman Dembeleni heyətinə qatıb. Klubun rəsmi saytında yer alan məlumata görə Bundes Liqa təmsilçisi 18 yaşlı futbolçu ilə 2021-ci ilin iyunun 30-dək müqavilə imzalayıb.
Qeyd edək ki, gənc hücumçu Fransanın 21 yaşlardan ibarət komandasının şərəfini qoruyur.