Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

İngiltərə Premyer Liqasında mübarizə aparan "Everton” baş məşqçisi Roberto Martinez ilə yollarını ayırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin müqaviləsinə qarşlıqlı razılıq əsasında xitam verilib. 
 
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Liverpul təmsilçisi yeni baş məşqçi ilə də danışıqlara başlayıb. Rəhbərlik bu gün Hollandiyanın "Ayaks” klubundan ayrılan Frank de Burla danışıqlara başlayıb. 
 
Qeyd edək ki, "Everton” cari mövsüm Roberto Martinezin rəhbərliyi altında Premyer Liqada geridə qalan XXXVII turda 44 xal toplayıb və turnir cədvəlində 20 komanda arasında 12-ci pillədə qərarlaşıb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right