İsveçrənin "Sürix” klubu baş məşqçisi Sami Hyupya ilə yollarını ayırıb.
Newsport.az -ın məlumatına görə, buna komandanın cari mövsümdəki uğursuz çıxış səbəb olub.
Sürix təmsilçisi İsveçrə çempionatında geridə qalan XXXIII turda 30 xal toplayıb və turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb. Bu nəticə klub rəhbərliyini razı salmayıb və finlandiyalı mütəxəssislə yollar ayrılıb.
Qeyd edək ki, Finlandiya millisinin və "Liverpul”un əfsanəvi müdafiəçisi 2015-ci ilin yayından "Sürix”i çalışdırırdı.