İspaniyada oyun alqı-satqısı ilə bağlı araşdırma başlanılıb.
Newsport.az -ın məlumatına görə, bu barədə İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas məlumat verib.
PFL-nın prezidenti İspaniya La Liqasında çıxış edən bəzi futbolçuların danışılmış oyunlarda iştirak etdikləri ilə bağlı məlumat əldə etdiklərini bildirib: "Bu məsələ ilə bağlı araşdırma aparırıq. Araşdırma davam etdiyi üçün ad çəkə bilməyəcəm. Cari mövsüm La Liqada 3-4, Sequndada isə 7-8 danışılmış oyun olması ilə bağlı məlumat daxil olub. Əgər bu məlumatlar təsdiqini tapsa, dərhal lazımi tədbirlər görəcəyik”.
Tebas həmçinin futbolçuların paltardəyişmə otağında futbolçuların rəqib komandadan pul alamsı ilə bağlı məlumat aldıqlarını da bildirib: "Bu, bizim üçün həddindən artıq ciddi problemdi. Paltardəyişmə otağında da danışıq aparılırsa, bunun üçün çox ciddi tədbirlər görülməlidi”.