Juninyo və Seni milliyə qayıtdı

Braziliya milli komandasının gələn ay ABŞ-da start götürəcək Amerika Kuboku üçün məşqçi korpusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə,baş məşqçi Karlos Dunqaya komandanın iki sabiq futbolçusu da kömək edəcək. 
 
"San Paulu”nun sabiq qapıçısı Rojerio Seni ilə "Midlsbro”nun sabiq futbolçusu Juninyo Paulista artıq Panama ilə nəzərdə tutulan ilk yoldaşlıq matçına hazırlıq prosesində milli komandanın düşərgəsində olacaq.
 
Qeyd edək ki, Seni və Juninyo milli komanda ilə birgə DÇ-2002-nin qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right