Toğrul Erat "Fortuna"nı tərk etməyə hazırlaşır

Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat yayda Almaniyanın "Fortuna" klubunu tərk etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, o, Düsseldorf təmsilçisini Almaniyanın başqa klubuna dəyişəcək. Eratla üçüncü liqada çıxışedən "Proysten" klubu maraqlanır. Lakin klub və futbolçu danışıq apardıqlarına dair xəbərləri təkzib edib.

Almaniya mətbuatı Eratla ikinci Bundesliqa klublarının maraqlandığını da vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right