Vüqardan ardıcıl üçüncü het-trik, Orxandan dubl

Futbol üzrə Latviya birinci liqasında 7-ci turun oyunları keçirilib. Futbol11.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görəsözügedən klub doğma meydanda "Oqre" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0. Matçdakı 6 qoldan 5-nin müəllifi elə start heyətdə meydana çıxan azərbaycanlı futbolçular olub. Belə ki, Vüqar 13, 47 və 51-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla, son iki oyunda olduğu kimi, növbəti dəfə het-trikə imza atıb. Orxan isə 72 və 75-ci dəqiqələrdə fərqlənməklə, dubla imza atıb.
 
Qeyd edək ki, geridə qalan turlarda 10 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right